İsrail və Livan 10 günlük atəşkəs elan edir
20:07 Dünyaİsrail Müdafiə Qüvvələri bu gün Livanda atəşkəs elan edib.
Olaylar.az xəbər verir ki, bu barədə "Haaretz" saytı rəsmilərə istinadən məlumat yayıb.
İsrail mediasının məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin yüksək rütbəli komandirlərinə Livanın cənubunda yerləşən qüvvələri atəşkəs elan edib.
Bu arada ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın bu gündən etibarən 10 günlük atəşkəs elan etdiyini bildirib.
Donald Tramp Livan və İsrail liderləri ilə telefon danışıqlarının yekunlarına əsasən "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Mən indicə Livanın çox hörmətli Prezidenti Jozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox yaxşı danışıqlar apardım. Bu iki lider ölkələri arasında sülhə nail olmaq üçün Şərq vaxtı ilə axşam saat 5-də rəsmi olaraq 10 günlük atəşkəs rejimi tətbiq edəcəkləri barədə razılığa gəldilər", - Tramp bildirib.