Macarıstanın yeni Baş naziri polis mühafizəsindən imtina etdi
19:57 DünyaMacarıstan hökumətini formalaşdırmaq hüququ qazanan Tisza partiyasının lideri Piter Maqyar ona təklif edilən polis mühafizəsindən imtina edib.
Olaylar.az xəbər verir ki, Baş nazir vəzifəsinə başlayana qədər o, özəl təhlükəsizlik xidmətlərindən istifadə edəcək.
"Təklifə görə Milli Polis Rəisinə təşəkkür edirəm, amma yenə də polis mühafizəsi istəmirəm. İndiyə qədər qorxacaq bir şeyim olmayıb və gələcəkdə qorxmağa heç bir səbəb olmamasına çalışacam. Macarıstan vicdanla yaşayan və işləyən heç kimin qorxmadığı bir yerə çevriləcək", - deyə Maqyar Facebook-da yazıb.
Qeyd edək ki, Macarıstan Avropanın ən təhlükəsiz yerlərindən biri hesab olunur və cinayətkarlıq səviyyəsi digər Aİ ölkələri ilə müqayisədə çox aşağıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31