Tramp Livan liderinə atəşkəsin tezliklə qüvvəyə minəcəyini bildirib

Livan Prezidenti Cozef Aun Prezident Donald Trampla telefon danışığı zamanı İsrail ilə atəşkəs əldə etmək səylərinə görə ona təşəkkür edib.

Olaylar.az xəbər verir ki, bu barədə Livan Prezident Administrasiyasının yaydığı məlumatda qeyd olunur.

"Prezident Tramp Livan Prezidenti Aunu yaxınlaşan atəşkəs barədə məlumatlandırıb. Cənab Tramp Livan və onun rəhbərliyinə dəstəyini ifadə edib" - məlumatda qeyd olunur.

Öz növbəsində, Aun qeyd edib ki, atəşkəs sülh prosesinin başlanğıcıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31