Xameneinin müşaviri: Pakistan bizə görə İsraili nüvə silahı ilə vurmağa hazır idi
17:22 Dünya"Pakistan İsrailin İrana qarşı nüvə silahından istifadə edəcəyi təqdirdə nüvə cavabı ehtimalını istisna etməyib".
Olaylar.az xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xameneinin baş hərbi müşaviri Möhsün Rezayi deyib.
O bildirib ki, bu, 2025-ci ildə İran və İsrail arasında baş vermiş 12 günlük müharibəyə aiddir. Rezayinin sözlərinə görə, 2025-ci ilin iyun ayında İsrailin İranın hərbi və nüvə obyektlərinə zərbələri fonunda İslamabad gərginlik yaranacağı təqdirdə İsrailə nüvə zərbəsi endirməyə hazır olduğunu bildirib.
Xameneinin müşaviri həmçinin qeyd edib ki, həmin dövrdə bir sıra ərəb ölkələri də Tehrana dəstəklərini bəyan ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31