Pakistanın Baş naziri Rusiyaya səfər edəcək
20:44 DünyaPakistanın Baş naziri Şahbaz Şərif 2026-cı ilin birinci yarısında Rusiyaya səfər etmək niyyətindədir.
Olaylar.az xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Feysəl Niyaz Tirmizi "RİA Novosti"yə açıqlamasında bildirib.
O qeyd edib ki, Pakistan tərəfi bu səfərin mümkün qədər tez baş tutması üçün fəal şəkildə çalışır.
"Baş nazir Şərifin Rusiya və Prezident Vladimir Putinlə xüsusi münasibətləri var. Onlar Çin və Türkmənistanda bir neçə dəfə görüşüblər. Baş nazir Moskva və Sankt-Peterburqa səfərini səbirsizliklə gözləyir", - səfir bildirib.
O vurğulayıb ki, Şahbaz Şərifin Rusiyaya səfəri 3-5 mart tarixlərinə planlaşdırılırdı, lakin Pakistan-Əfqanıstan sərhəd münaqişəsinin gərginləşməsi fonunda regiondakı çətin vəziyyətə görə səfəri təxirə salınıb.
Səfir Rusiyanı Pakistanın çox vacib iqtisadi və siyasi tərəfdaşı adlandırıb.