İsrailin hava hücumları nəticəsində Livanda 2167 nəfər ölüb
20:03 Dünyaİsrail Hərbi Hava Qüvvələrinin ölkənin cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində ən azı 43 livanlı həlak olub, daha 140 nəfər yaralanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin "X"-də dərc olunmuş açıqlamasında deyilir: "Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri həlak olan mülki şəxslərin ümumi sayı 2167-yə, yaralıların sayı isə 7061-ə çatıb. Hava hücumlarının qurbanları arasında 172 uşaq və 260 qadın var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31