Zelenski İtaliyanın Baş naziri ilə görüşdü
19:23 DünyaRomada Ukrayna Prezidenti Volodimir Zelenski ilə İtaliyanın Nazirlər Şurasının sədri Corciya Malone arasında görüş keçirilir.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının sözçüsü Sergey Nikiforov məlumat yayıb.
İtaliyaya səfər proqramına Zelenskinin prezident Sercio Mattarella ilə görüşləri də daxildir.
Qeyd edək ki, Zelenskinin İtaliyaya əvvəlki səfəri 9-10 yanvar tarixlərində baş tutub.
Bu ilin iyul ayında Romada Ukraynanın Bərpası üzrə Konfransın keçirilməsi planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31