İsrailin zərbələri nəticəsində Livanda ölənlərin sayı 2 124-ə çatdı

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 35 nəfər həlak olub, daha 159 nəfər yaralanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, martın 2-dən etibarən başlayandan hərbi eskalasiya nəticəsində həlak olanların ümumi sayı 2 124 nəfərə, yaralananların sayı isə 6 921 nəfərə çatıb.

Qeyd edilib ki, hava zərbələri nəticəsində ölənlər arasında 168 uşaq və 254 qadın da var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31