İrandan TƏKZİB: “Türkiyəyə raket atmamışıq”

"İran ordusu tərəfindən Türkiyə torpaqlarına doğru raket atılmayıb". Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb."İran Ordusu Türkiyənin suverenliyinə hörmətlə yanaşır", - məlumatda vurğulanıb.Qeyd edək ki, martın 4-də İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31