NATO İrandan Türkiyə ballistik raketin buraxılmasına reaksiya verib

NATO Türkiyənin hava məkanına doğru yönələn raketin alyansın müdafiə sistemləri tərəfindən məhv edildiyini təsdiqləyib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart açıqlama verib.

Şimali Atlantik alyansın rəsmisi bu hücumu qətiyyətlə pisləyib.

"Biz İranın Türkiyəni hədəfə almasını qətiyyətlə pisləyirik. İran region üzrə ayrı-seçkilik etmədən hücumlarını davam etdirdiyi bir vaxtda NATO bütün müttəfiqləri ilə, o cümlədən Türkiyə ilə qəti şəkildə həmrəydir", - açıqlamada qeyd olunur.

O həmçinin vurğulayıb ki, hava və raketdən müdafiə sahəsi də daxil olmaqla, bütün istiqamətlər üzrə NATO-nun çəkindirmə və müdafiə mövqeləri güclü olaraq qalmaqdadır.

Qeyd edək ki, bundan əvvəl Türkiyə MN yaydığı məlumata əsasən, İran tərəfindən buraxıldıqdan sonra İraq və Suriya hava məkanını keçərək Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket, Aralıq dənizinin şərqində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında müdaxilə edilərək zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31