Heqset: ABŞ İranın nüvə sazişi bağlamaq planlarının olmadığını düşünür - ÖZƏL

ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, Vaşinqton Tehranın nüvə sazişini imzalamaq üçün heç bir niyyətinin olmadığı qənaətinə gəlib.

Mətbuatla danışan Pentaqon rəhbəri qeyd edib ki, "12 günlük müharibə" adlandırdığı münaqişənin hadisələrinin təhlili Amerika administrasiyasının arqumentlərini təsdiqləyib.

Heqset deyib: "Sübutlar... göstərdi ki, İran əslində nüvə bombası əldə etmək perspektivinə malik olmayacağı anlamına gələn nüvə sazişi üzrə danışıqlar aparmayacaq".

Olaylar xəbər verir ki, daha əvvəl MAQATE-nin baş direktoru Rafael Qrossi təşkilatın İranda heç bir nüvə silahı tapmadığını bildirmişdi.

Martın 3-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov  İranın nüvə silahı hazırladığına dair heç bir dəlil təqdim etmədiyini açıqladı.

ABŞ Prezidentinin elçisi Stiv Vitkoff Fox News-a bildirib ki, 2025-ci ilin əvvəllərində aparılan danışıqlar zamanı İran nümayəndə heyəti  açıq şəkildə 11 nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olduğunu bəyan edib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31