Hayk Koncyan: "7 iyun seçkilərində təkbaşına hakimiyyət quracağımıza əminik" – ÖZƏL
16:34 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın hakim "Mülki Müqavilə" partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncyan bu gün, martın 4-də Milli Assambleyada jurnalistlərə açıqlamasında qarşıdan gələn seçkilərlə bağlı iddialı proqnozlar verib.
Fraksiya rəhbəri bildirib ki, partiya iyunun 7-nə təyin edilmiş seçkilərdə inamlı qələbə qazanaraq hökuməti yenidən təkbaşına formalaşdıracaq. Koncyanın sözlərinə görə, 2021-ci ilin növbədənkənar seçkilərindən sonra əldə olunan nəticələr və xüsusilə sülhün bərqərar olması istiqamətində atılan addımlar bu qələbəyə inanmaq üçün ciddi əsaslar yaradır.
Çıxışı zamanı o, cəmiyyətin bütün təbəqələrinə müraciət edərək bu məqamları vurğulayıb: "Biz mesajlarımızı seçicimiz olub-olmamasından, bizdən razı və ya narazı qalmasından asılı olmayaraq bütün vətəndaşlarımıza ünvanlayırıq. Təbii ki, fəaliyyətimizdən narazı olanlarla bağlı əlavə səylər göstərəcəyik. Məqsədimiz odur ki, ideyalarımız və mesajlarımız onlar üçün daha anlaşıqlı olsun."