İsrail Hizbullahın tam sıradan çıxarılması əməliyyatına başladı-
15:11 Dünya"İsrail Livanda Hizbullaha qarşı quru əməliyyatı başlayıb. Livan hökuməti Hizbullahın ölkədə fəaliyyətini qanunla qadağan etdi. Göründüyü kimi, Livan hökuməti də Hizbullahdan qurtulmaq istəyir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:"Məhz İsrailin Hizbullaha qarşı hərbi əməliyyatlarına fürsət kimi baxır. İranın əsas proksi qüvvəsi olan Hizbullahın tam sıradan çıxarılması əməliyyatı həyata keçirilir. İsrail hazırda Hizbullahı tam sıradan çıxarılmasını fürsət kimi baxır. İranın Hizbullaha dəstək verməsi mümkün deyil.
Yaxın Şərqdə Həmas, Hizbullahın tam sıradan çıxarılması İsrailin mövqeyini gücləndirəcək. Yaxın Şərqdə İranın son 30 ildə qurduğu "Müqavimət hərəkatı" iflasa uğradı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31