Zelenski: "İrandakı hadisələr diktaturanın necə bitdiyini göstərən bir siqnaldır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski son açıqlamasında İranda cərəyan edən hadisələrə toxunaraq, bu proseslərin həm Rusiyanın müttəfiq kimi yararsızlığını, həm də diktatura rejimlərinin labüd sonunu nümayiş etdirdiyini bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya Federasiyasının beynəlxalq arenadakı zəifliyi artıq gizli deyil. O, bu kontekstdə Suriya nümunəsini xatırladaraq qeyd edib: "Hesab edirəm ki, Putin Bəşər Əsəd rejiminə faktiki olaraq kömək edə bilməyəndə Suriyada necə bir müttəfiq olduğunu artıq göstərib. Məncə, rusiyalılar indi də öz zəifliklərini nümayiş etdirdilər. Yəni, müttəfiq kimi onların heç bir dəyəri yoxdur."

Ukrayna lideri vurğulayıb ki, Rusiya hazırda bütün hərbi gücünü yalnız Ukrayna cəbhəsinə cəmləşdirib və digər regionlardakı müttəfiqlərinə dəstək vermək iqtidarında deyil.

Zelenski İranda baş verənlərin Rusiya prezidenti üçün ciddi bir dərs olduğunu deyib: "İranda yaşananlar, diktaturanın necə başa çatdığını görmək üçün Putinə yaxşı bir siqnaldır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31