Gürcüstan müxalifəti vahid strategiya barədə razılığa gəlib – ÖZƏL

Gürcüstanda müxalifət partiyaları vahid fəaliyyət qaydaları və strategiya barədə razılıq əldə ediblər. Olaylar.az xəbər verir ki, bu barədə Tina Bokuchava bildirib.

Onun sözlərinə görə, Vahid Milli Hərəkat hər zaman birlik tərəfdarı olub və hesab edir ki, yalnız birgə fəaliyyətlə Bidzina Ivanishvili üzərində qələbə qazanmaq mümkündür. Bokuchava vurğulayıb ki, razılaşdırılan vahid strategiya cəmiyyətdə müxalifətin birliyi ilə bağlı gözləntilərə cavab verir və bu baxımdan bugünkü görüş mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, müxalifət partiyalarının bir hissəsi "Müxalifət Alyansı" adlı birlik yaradıb. Sənədi Dəyişikliklər Naminə Koalisiya, Vahid Milli Hərəkat, Ağmaşenebeli Strategiyası, Federalistlər, Milli-Demokrat Partiyası, Avropa Gürcüstanı və Azadlıq Meydanı imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31