Qacarlar dövrünə aid Gülüstan sarayı hücumlar nəticəsində zərər görüb

UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Tehrandakı Gülüstan sarayı hava hücumları nəticəsində zərər görüb.

Olaylar.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Saray Qacar ​​dövrünün şah əsəri hesab olunur. Saray Tehranın ən qədim bina komplekslərindən biridir. Saray 1779-cu ildə hakimiyyətə gələn və Tehranı ölkənin paytaxtı edən Qacar ​​hökmdarlarının iqamətgahı olub.

Saray 2013-cü ildən bəri UNESCO-nun Dünya İrsi Siyahısındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31