Dubaydan kütləvi çıxış: şəxsi təyyarə qiymətləri 3 dəfə bahalaşıb
19:51 Dünyaİranın Dubaya hücumları və hava limanının bağlanması BƏƏ-də panika yaradıb.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ və İsrailin İrana hücumlarına cavab olaraq atılan dron və raketlərin hava limanına, eləcə də bir neçə yüksək səviyyəli otel və məşhur binalara zərər vurduğu bildirilir.
Bu fonunda varlı şəxslər və beynəlxalq qonaqlar əmirlikləri tərk etmək üçün alternativ marşrutlara üz tutublar.
BƏƏ Müdafiə Nazirliyi regional müharibənin genişlənməsi fonunda Tehrandakı səfirliyin bağlandığını açıqlayıb və raketlərlə dronların ələ keçirildiyini bildirib.
Dubaydan çıxmaq istəyənlərin bir qismi avtomobillə dörd saat yarımlıq məsafədə yerləşən Maskata yollanır. Maskat hava limanı gecikmələrə baxmayaraq fəaliyyətini davam etdirir. Lakin sifariş saytlarına əsasən, Maskatdan Avropaya kommersiya reyslərinin əksəriyyəti həftənin sonuna qədər tam dolub.
Özəl aviasiya sektorunda isə qiymətlər kəskin artıb. Maskatda yerləşən "JetVip" şirkəti bildirib ki, "Nextant" tipli kiçik təyyarə ilə İstanbula uçuş hazırda təxminən 85 min avroya başa gəlir ki, bu da adi qiymətdən üç dəfə çoxdur. Moskvaya çarter reyslərində isə yerlər adambaşına 20 min avro civarındadır.
Avstriyada yerləşən "AlbaJet" şirkətinin isə Avropaya uçuşlar təxminən 90 min avroya təklif olunur, lakin sığorta tələbləri və sahib qərarları səbəbindən bir çox operator regiona uçuş həyata keçirmir. Nəticədə tələb yüksək, təklif isə məhduddur.
Dubayı tərk etmək istəyən digər şəxslər isə hava limanı açıq qalan Riyada 10 saatlıq avtomobil yolunu seçirlər.
"Vimana Private Jets" şirkətinin baş icraçı direktoru isə bildirib ki, Riyaddan Avropaya özəl uçuşların qiyməti hazırda 350 min dollara qədər yüksəlib.