El Pais: İspaniya ABŞ-ın İrana hücum etmək üçün hərbi bazalarından istifadəsini qadağan edib - ÖZƏL

Olaylar xəbər verir ki, "El Pais" qəzetinin məlumatına görə, İspaniya ABŞ-a İrana hücum etmək üçün hərbi bazalarından istifadə etməyi qadağan edib.

İspaniyanın müdafiə naziri Marqarita Roblesin sözlərinə görə, Madridin İrana hücum üçün hərbi dəstək verməkdən imtina etməsi Pentaqonu ölkədəki bir neçə hava bazasında yerləşən və qırıcı-bombardmançı təyyarələrə havada yanacaq doldurmaq üçün istifadə edilən on iki KC-135 təyyarəsini geri çəkməyə vadar edib.

Məqalədə deyilir ki , "İspaniyanın İrana hücumda heç bir yardım göstərmədiyini bəyan edən Robles izah edib ki, İspaniyada Amerika qoşunlarının mövcudluğunu dəstəkləyən ABŞ ilə əməkdaşlıq müqaviləsi "beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərməlidir" .

Daha əvvəl Vladimir Zelenski ABŞ və İsrailin İrana qarşı təcavüzünü dəstəkləyərək , "İran xalqına terrorçu rejimdən qurtulmaq üçün şans vermək ədalətlidir" deyə bildirmişdi.

Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Keyr Starmer  ABŞ və İsrailin hücumuna cavab olaraq İranın hücumlarını qınadılar.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31