Putin Səudiyyə Ərəbistanının şahzadəsi ilə İrana hücumu müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin ilə Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi və Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səud arasında telefon danışığı olub.

Olaylar.az xəbər verir ki, liderlər İran qarşı Amerika-İsrail hücumu nəticəsində Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə ediblər.

Tərəflər regionda münaqişənin artması riskləri və onun nəticələri ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Vladimir Putin son dərəcə təhlükəli vəziyyətin siyasi və diplomatik vasitələrlə həll edilməsinin vacibliyini vurğulayıb.

Məhəmməd bin Salman Əl Səud əmindir ki, Moskva həm İran, həm də Fars körfəzi ölkələri ilə dostluq münasibətləri nəzərə alınmaqla Yaxın Şərqdə sabitləşdirici rol oynaya bilər.

Qeyd olunur ki, Putin Yaxın Şərqdəki gərginləşən vəziyyətin nəticələrini nəzərə alaraq Qətər Dövləti ilə həmrəyliyini ifadə edib və hər cür dəstək və yardım göstərməyə hazır olduğunu bildirib. Şeyx Təmim öz növbəsində Putinə həmrəylik və dəstəyə görə minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31