Paşinyan da son nöqtəni qoydu: Annanı izləmədən SİLDİ-30 illik münasibət rəsmən bitdi

Ermənistanın baş naziri Nikol Paşinyan ilə 30 il həyat yoldaşı olmuş Anna Akopyan arasında ayrılıq xəbərləri fonunda sosial şəbəkələrdə yaşanan hadisələr diqqət mərkəzində qalmaqda davam edir.

Xəbər verdiyimiz kimi, ayrılıq barədə açıqlamaların yayılmasından sonra Anna Akopyan ilk addımı ataraq "Instagram" sosial şəbəkəsində baş naziri izlədiyi şəxslər siyahısından çıxarmışdı. Bu addım Ermənistan ictimaiyyətində geniş müzakirələrə səbəb olmuş, sosial mediada cütlüyün münasibətlərinin artıq geri dönüşü olmayan mərhələyə keçdiyi barədə iddialar səsləndirilmişdi.

Musavat.com-un məlumatına görə, həmin vaxt fərqli mövqe nümayiş etdirən Nikol Paşinyan həyat yoldaşını izləmədə saxlayaraq diqqət çəkmişdi. Lakin görünür, bu vəziyyət uzun çəkməyib. Baş nazir bu gün rəsmi "Instagram" hesabında Anna Akopyanı da izləmədən silib.

Beləliklə, sosial şəbəkələrdə baş verən bu addım bir çox müşahidəçilər tərəfindən münasibətlərdə "son nöqtə" kimi qiymətləndirilir. Hazırda Paşinyanın izləmə siyahısında cəmi bir nəfər - qızının sosial media səhifəsi qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31