İran kəşfiyyatına sarsıdıcı zərbə: İsrail Tehranda generalları və nazir müavinini məhv etdi

İsrail ordusu "Şirin nərəsi" əməliyyatı çərçivəsində İran Kəşfiyyat Nazirliyinin obyektlərinə ağır zərbələr endirib. Musavat.com xəbər verir ki, hücum nəticəsində nazir müavini Seyid Yəhya Hamidi və casusluq şöbəsinin rəhbəri Cəlal Pur Hüseyn də daxil olmaqla, qurumun bir neçə yüksək rütbəli rəsmisi öldürülüb.

İsrail tərəfinin məlumatına görə, əməliyyatın əsas məqsədi nazirliyin terror fəaliyyətlərini təşkil etmək və rejim müxaliflərinə nəzarət imkanlarını sıradan çıxarmaq olub. Əməliyyat zamanı nazirliyin Tehrandakı mərkəzi qərargahına da hava zərbələri endirilib.

Qeyd edək ki, İran Kəşfiyyat Nazirliyi ölkənin əsas casusluq orqanı hesab olunur və terror fəaliyyətləri, eləcə də beynəlxalq casus şəbəkəsi ilə əlaqədar olaraq ABŞ-ın sanksiyalar siyahısında yer alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31