İranda qızlar məktəbi vuruldu: 40 şagird öldü, 48-i yaralı var
18:09 Dünyaİranın cənubunda yerləşən Minab şəhərində ibtidai qızlar məktəbinə endirilən zərbə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 48 məktəbli isə yaralanıb.
Hadisə dərs vaxtı baş verib. Zərbə nəticəsində məktəb binası ciddi dağıntılara məruz qalıb, şagirdlər dağıntılar altından çıxarılıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin hansı silah və ya əməliyyat çərçivəsində baş verdiyi ilə bağlı rəsmi açıqlamalar hələ dəqiqləşdirilir. İran rəsmiləri hücumu mülki obyektə qarşı ağır cinayət adlandırıb.
Bölgədə xilasetmə işləri davam edir. Ölənlərin sayının arta biləcəyi istisna olunmur. /Musavat.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31