"Kubanı dostcasına ələ keçirə bilərik"

ABŞ Prezidenti Donald Tramp Kubanın dostcasına ələ keçirilməsinin mümkün olduğunu deyib.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Dövlət katibi Marko Rubio məsələ ilə çox yüksək səviyyədə məşğul olur.

"Kuba hökuməti bizimlə danışır və onlar böyük çətinlik çəkirlər. Onların pulu - heç bir şeyi yoxdur və bəlkə də Kubanın dostcasına ələ keçirilməsini təmin edəcəyik",- deyə Tramp əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31