İsrail zərbəsi İran rəhbərliyini vurdu? Məhkəmə sisteminin başçısının öldürüldüyü iddia olunur
13:23 Dünyaİranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni Ejeinin İsrailin endirdiyi zərbələr nəticəsində öldürüldüyü barədə təsdiqlənməmiş məlumatlar yayılıb.
Musavat.com xəbər verir ki, məlumatlar hələlik yalnız qeyri-rəsmi mənbələr və sosial media platformalarında paylaşılır. İran rəsmiləri hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd olunur ki, Möhseni Ejei ölkə daxilində həyata keçirilən sərt təhlükəsizlik və repressiya siyasətinin əsas fiqurlarından biri hesab olunurdu. Onun adı xüsusilə etiraz aksiyalarına qarşı hüquqi tədbirlərlə əlaqələndirilirdi.
Hadisə təsdiqlənəcəyi təqdirdə, bu, İsrail-İran qarşıdurmasında İran siyasi-idarəetmə elitasına endirilən ən ciddi zərbələrdən biri kimi qiymətləndirilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31