Böyük Britaniyanın keçmiş baş naziri Zelenskinin müşaviri oldu
21:31 DünyaUkrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın sabiq Baş naziri Rişi Sunakı özünə müşavir təyin edib.
Bu barədə "The Independent" qəzeti xəbər verib.
"Rişi Sunak Kiyevin gələn qışa qədər enerji sektorunu bərpa etməyə çalışdığı bir vaxtda Ukrayna hökumətinə iqtisadi dirçəlişlə bağlı məsləhət verməyə başlayıb", - deyə bildirilib.
R.Sunakın pulsuz məsləhətlər verəcəyi qeyd edilib. Keçmiş Britaniya Baş nazirinin də daxil olduğu beynəlxalq qrup Ukraynaya müdafiə sektoruna investisiya cəlb etməyə və "ölkənin enerji dayanıqlığını gücləndirməyə" kömək etməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31