Böyük dövlətlər vətəndaşlarını İrandan çıxarır – Tehran aviazərbə gözləyir

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda bir sıra ölkələr öz vətəndaşlarını İrandan təcili çıxmağa çağırır, diplomatik heyət isə geri çağırılır. Bu barədə "Röyters" agentliyinin son məlumatlarında bildirilir.

Olaylar.az xəbər verir ki, son olaraq Çin hökuməti vətəndaşlarına İrana səfər etməməyi və hazırda ölkədə olanların mümkün qədər tez evakuasiya olunmasını tövsiyə edib. Pekin bu qərarı ABŞ-İran gərginliyi fonunda təhlükəsizlik risklərinin artması ilə izah edib.

Böyük Britaniya isə İrandakı əməkdaşlarını müvəqqəti olaraq geri çağırıb. London bildirib ki, səfirlik artıq uzaqdan fəaliyyət göstərir və ölkədə qalan Britaniya vətəndaşlarına yerində konsulluq yardımı imkanları son dərəcə məhduddur.

Adı çəkilən dövlətlərdən başqa, aşağıdakı ölkələr də öz vətəndaşlarına İranı tərk etməyi tövsiyə edib:

Almaniya - vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Polşa - vətəndaşlarına dərhal ölkəni tərk etməyi tövsiyə edib.

Serbiya - təhlükəsizlik risklərinə görə evakuasiya çağırışı edib.

Hindistan - vətəndaşlarına mövcud nəqliyyat vasitələri ilə İranı tərk etməyi tövsiyə edib.

Finlandiya - İrana səfərdən çəkinməyi və ölkədə olanların çıxmasını tövsiyə edib.

İsveç - vətəndaşlarına İranı tərk etmələri barədə xəbərdarlıq edib.

Kipr - vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

Braziliya - vətəndaşlarına İranı tərk etməyi tövsiyə edib.

Sinqapur - İrana səfərdən çəkinməyi və ölkədə olanların təhlükəsizlik risklərini nəzərə almasını istəyib.

Qazaxıstan - rəsmi xəbərdarlıq yayaraq vətəndaşlarına İranı tərk etməyi və təhlükəsizlik tədbirləri görməyi tövsiyə edən ölkələr sırasına qoşulub.

Bundan əlavə, ABŞ və digər Qərb ölkələri regionda diplomatik personalın sayını azaltmaq və fövqəladə evakuasiya planlarını hazırlamaq istiqamətində addımlar atır.

Gərginlik sürətlə artır.

Ekspertlər hesab edir ki, bu evakuasiya çağırışları ABŞ-İran münasibətlərində gərginliyin artması, nüvə proqramı ətrafında qarşıdurma və mümkün hərbi əməliyyat ehtimalı ilə bağlıdır. Bir çox ölkə kommersiya uçuşları hələ mövcud olduğu müddətdə vətəndaşlarını İranı tərk etməyə çağırır.

İrandan kütləvi evakuasiya çağırışları regionda vəziyyətin daha da kəskinləşə biləcəyi ilə bağlı beynəlxalq narahatlığın artdığını göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31