Pakistan ordusu Əfqanıstanda yalnız hərbi obyektləri hədəfə alır - Müdafiə Nazirliyi

Pakistan ordusu Əfqanıstanın istisnasız şəkildə yalnız hərbi obyektlərinə zərbələr endirib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin İctimaiyətlə Əlaqələr İdarəsinin direktoru Əhməd Çaudhri keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Pakistan hərbçiləri Əfqanıstanın Qəndahar, Kabil, Paktiya, Nəngərhar, Host və Paktika əyalətlərində hədəf olara 22 obyekt müəyyənləşdirib.

"Həmin bütün hərbi hədəflər kəşfiyyat məlumatları əsasında olduqca diqqətlə seçilib. Mülki əhaliyə ziyanın dəyməməsi üçün bütün ehtiyat tədbirləri görülüb", -deyə Çaudhri bildirib.

Qeyd edək ki, fevralın 26-sı axşam saatlarında Pakistan-Əfqanıstan sərhədində vəziyyət yenidən gərginləşib. Kabil Pakistanın Əfqanıstan ərazisinə endirdiyi son aviazərbələrə cavab olaraq hərbi əməliyyat həyata keçirdiyini bildirib. İslamabadda isə Pakistan silahlı qüvvələrinin cavab tədbirləri nəticəsində 274-dən çox əfqan hərbçinin həlak olduğu və təxminən 115 vahid hərbi texnikanın məhv edildiyi açıqlanıb.

Əfqanıstan Müdafiə Nazirliyi fevralın 27-si səhər saatlarında əməliyyatın başa çatdığını elan edərək 55 pakistanlı hərbçinin öldürüldüyünü, 2 hərbi bazanın və 19 sərhəd postunun ələ keçirildiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31