Şalva Papuaşvili: Gürcü xalqına “viza, yoxsa azadlıq?” sualı verilə bilməz – ÖZƏL
13:09 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin vizaların dayandırılması ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Papuaşvili bildirib ki, Aİ rəhbərliyinin Gürcüstana münasibəti "şantaj" xarakteri daşıyır və bu, təşkilat rəhbərliyinin hansı "dəyər boşluğunda" olduğunu göstərir. Onun sözlərinə görə, vizaların bütün əhaliyə şamil edilə biləcəyi ilə bağlı xəbərdarlıq Gürcüstan xalqına təzyiq cəhdidir.
Parlament sədri iddia edib ki, Aİ nümayəndələri Gürcüstanda seçki prosesinə müdaxilə edib və "Gürcü Arzusu"na qarşı kampaniyada iştirak ediblər. O bildirib ki, seçkilərdə "Gürcü Arzusu" qalib gəldikdən sonra ölkəyə qarşı hücumlar artıb.
Papuaşvilinin sözlərinə görə, əsas mesaj belədir: "Ya bizim iradəmizə tabe olun, dediklərimizi edin, ya da viza almaq üçün səfirliyə müraciət edin". O vurğulayıb ki, gürcü xalqı üçün azadlıq vizadan üstün dəyərdir.
Çıxışında o, həmçinin Gürcüstanın müstəqil mövqeyini müdafiə etdiyini bildirib və qeyd edib ki, "gürcü xalqına viza, yoxsa azadlıq?" seçimi təqdim etmək mümkün deyil".