Hindistan Prezidenti yerli istehsal olan "Prachand" hücum helikopterində uçuş həyata keçirib- ÖZƏL
13:07 DünyaHindistan Prezidenti, ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Draupadi Murmu yerli istehsal olan "Prachand" yüngül çoxməqsədli hücum helikopterində uçuş həyata keçirib. Olaylar.az xəbər verir ki, bu barədə Press Trust of India (PTI) agentliyi məlumat yayıb.
Məlumata görə, uçuş Pakistanla sərhədə yaxın ərazidə, Rajasthan ştatında baş tutub. Prezident uçuş zamanı ikinci pilot funksiyasını yerinə yetirib. "Prachand" Hindistanın özündə hazırlanmış və istehsal olunmuş ilk yüngül döyüş dəstək helikopteridir. Hərbi təyinatlı hava nəqliyyatı vasitəsi ölkənin aerokosmik korporasiyası olan Hindustan Aeronautics Limited tərəfindən hazırlanıb.
Qeyd edək ki, bu uçuş Hindistanın müdafiə sənayesində yerli istehsal potensialının nümayişi kimi qiymətləndirilir.