Rumıniyalı nazir Avropa Parlamentində qaraçıların təmsil olunmamasına görə Aİ-ni tənqid edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rumıniyanın əmək, ailə, gənclər və bərabər imkanlar naziri Florin Manole Avropa Parlamentində qaraçıların təmsil olunmamasına görə Aİ-ni tənqid edib.
"Beş və ya altı Aİ ölkəsi var ki, onların əhalisi birlikdə Avropadakı qaraçı azlığından azdır. Əgər hazırda Brüsseldəsinizsə və pəncərədən baxsanız, Brüsselin əsas siyasi institutlarının heç birində bir dənə də olsun qaraçı görməyəcəksiniz. Bu, Avropa üçün böyük bir demokratik problemdir", - Florin Manole Avropanın "Politico" nəşrinə verdiyi müsahibədə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31