Çin XİN: "Pekin İranın öz qanuni maraqlarını qorumasını dəstəkləyir" – ÖZƏL
11:04 DünyaPekin Yaxın Şərqdə gərginliyin güclə tətbiqi ilə deyil, yalnız diplomatik yollarla həllinin tərəfdarı olduğunu bəyan edib.
Olaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin paytaxt Pekində keçirdiyi mətbuat konfransında Yaxın Şərqdəki mövcud vəziyyət və İranla bağlı mühüm açıqlamalar verib.
Çinin regiondakı problemlərin həllində diplomatiyaya üstünlük verdiyini vurğulayan xanım sözçü, güc tətbiqinə və ya hədə-qorxu ritorikasına qəti şəkildə qarşı olduqlarını bildirib.
Mao Nin qeyd edib ki, Çin öz qanuni maraqlarını və hüquqlarını qorumaq məsələsində İranı tam dəstəkləyir.
Rəsmi Pekin bütün tərəfləri regionda sülhü qorumağa, maksimum təmkin nümayiş etdirməyə və mövcud fikir ayrılıqlarını dialoq vasitəsilə həll etməyə çağırıb.
Sözçü əlavə edib ki, sabitliyin bərpası üçün beynəlxalq hüquq normalarına riayət edilməsi və qarşılıqlı hörmət prinsipləri əsas götürülməlidir.