Rusiya səfirliyi: Polşa qüvvədə olan Şengen vizaları ilə belə rusların girişinə icazə verə bilməz- ÖZƏL

Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş bildirib ki, Polşa hakimiyyəti qüvvədə olan Şengen vizası olan Rusiya vətəndaşlarının belə ölkəyə girişinə icazə verməyə bilər. Olaylar.az xəbər verir ki, diplomatın sözlərinə görə, 2022-ci ilin sentyabrından etibarən Polşa əksər kateqoriyadan olan Rusiya vətəndaşlarının, o cümlədən digər ölkələr tərəfindən verilmiş etibarlı Şengen vizası olan şəxslərin girişini məhdudlaşdırıb. Qərar turistik, işgüzar və şəxsi səfərlərə də şamil olunur.
Ordaş əlavə edib ki, 2023-cü ilin sentyabrından etibarən Şengen zonasından kənardan Rusiya qeydiyyatlı minik avtomobillərinin Polşaya girişinə də qadağa tətbiq edilib.
Onun sözlərinə görə, məhdudiyyətlər ATƏT xətti ilə Polşada keçirilən tədbirlərdə iştirak etmək istəyən Rusiya vətəndaş cəmiyyəti nümayəndələrinə də təsir edir. Bildirilib ki, 2025-ci ilin oktyabrında təhlükəsizlik səbəbilə rus QHT nümayəndələrinin vizaları ləğv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31