Rusiyadan ŞOK XƏBƏRDARLIQ - Vəziyyət gərginləşir

Kremlin sözçüsü Dmitri Peskov Kuba ətrafında baş verən hadisələrlə bağlı açıqlama verərək beynəlxalq ictimaiyyəti təmkinli davranmağa çağırıb.

Musavat.com xəbər verir ki, Moskvada jurnalistlərə danışan Peskov bildirib ki, adadakı vəziyyət getdikcə gərginləşir və humanitar məsələlər xüsusi diqqət tələb edir.

Onun sözlərinə görə, Kuba vətəndaşlarının sosial ehtiyaclarının təmin olunması vacibdir və bu prosesə heç kim mane olmamalıdır. "Kuba ilə bağlı vəziyyət gərginləşir. Humanitar aspekt vacibdir. Qadınlar, uşaqlar və digər Kuba vətəndaşları sosial ehtiyaclarını ödəyə bilməlidirlər. Adanın təhlükəsizliyinə gəldikdə isə, hər kəsin təmkinli davranması və təxribatçı hərəkətlərdən çəkinməsi çox vacibdir", - deyə, Peskov qeyd edib.

Peskov ABŞ mənşəli sürət qayığı ilə bağlı baş verən insidentə də münasibət bildirib. Bildirilib ki, Kuba təhlükəsizlik qüvvələri ölkənin ərazi sularında polis qayığına atəş açıldığı hadisəyə müdaxilə edib və nəticədə dörd nəfər ölüb. Kremlin sözçüsü bu hadisə ilə bağlı "Kuba sərhədçiləri bu vəziyyətdə lazım olanı etdilər" ifadəsini işlədib.

O, həmçinin Qəzzada atəşkəs prosesinin ikinci mərhələsi çərçivəsində yaradılan "Sülh Şurası" ilə bağlı Rusiyanın mövqeyinin hələ müəyyənləşdirilmədiyini bildirib.

Dmitri Peskov ölkəsindəki iqtisadi vəziyyətə də toxunaraq neft və təbii qazdan gələn gəlirlərin azaldığını, bunun nəticəsində büdcə kəsirinin yarandığını deyib. Bununla belə, o vurğulayıb ki, makroiqtisadi sabitlik mövcud problemlərin həllinə kömək edir. Peskov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin bu məsələ ilə bağlı hökumət və Mərkəzi Bankla məsləhətləşmələr aparır və ümumilikdə Rusiya iqtisadiyyatının sabitliyi təmin olunub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31