Trampın deportasiya siyasəti - ABŞ-dən gedənlər artıb, gələnlər azalıb

90 il əvvəl ABŞ-də baş verən "Böyük depressiya"dan bəri ilk dəfə olaraq ölkədən əhali axını immiqrant axınını üstələyib - təxminən 150.000 nəfər fərq var.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.

Qəzet tərəfindən dərc edilən məlumatlara görə, bu nəticələr Brukinqs İnstitutunun hesablamalarına və qiymətləndirmələrinə əsaslanır. 2025-ci ilin sonuna qədər ABŞ-dan gedən insanların sayı ölkəyə gələnlərin sayından 150.000 nəfər çox olub.

Mütəxəssislər mövcud tendensiyanın davam edəcəyi təqdirdə, bu fərqin 2026-cı ildə daha da əhəmiyyətli ola biləcəyini proqnozlaşdırırlar.

Qeyd etmək lazımdır ki, Donald Tramp administrasiyası son bir ildə miqrantları aktiv şəkildə deportasiya edir, müxtəlif ölkələrdən olan qaçqınları əvvəlcə rezervasiya mərkəzində toplayır, sonra təyyarələrlə regionlar üzrə üçüncü ölkələrə yola salır. Bundan başqa, ölkənin sərhəd xidməti, hüquq-mühafizə və miqrasiya orqanları ABŞ sərhədlərinə ciddi nəzarət edir, qanunsuz şəkildə ABŞ-yə daxil olmaq istəyən miqrantların qarşısını alırlar. Müraciət edənlərə oturum izni vermək məsələsi isə qanuni şəkildə məhdudlaşdırılıb.

Bütün bunlar ölkədən gedənlərlə (yəqin ki, göndərilənlərlə) ABŞ-yə gələnləri əks etdirən rəqəmlər arasında fərq yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31