Bill Qeytsdən etiraf: “Evli olanda iki rus qadınıyla...”
20:01 DünyaMəşhur milyarder Bill Qeyts keçmiş həyat yoldaşı Melindaya iki rus qadını ilə xəyanət etdiyini etiraf edib. Qadınlardan biri bric oyunçusu, digəri nüvə fiziki olub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, "Microsoft"un həmtəsisçisi bu açıqlamanı fondunun daxili iclasında adı çəkilən "Epstein faylları" qalmaqalı yayıldıqdan sonra verib. Bu barədə ilk olaraq "The Wall Street Journal" məlumat yayıb.
"Mənim münasibətlərim olub - biri mənimlə bric tədbirlərində tanış olan rus oyunçusu ilə, digəri isə işgüzar münasibətlər vasitəsilə tanış olduğum rus nüvə fiziki ilə", - Qeyts bildirib.
Milyarder məhkum və mərhum pedofil Ceffri Epşteynlə əlaqəsinin "böyük bir səhv" olduğunu vurğulayıb. Lakin o, iştirak edənlərə hər iki qadının Epşteynlə heç bir əlaqəsinin olmadığına əminlik verib.
Qeyts aydınlaşdırıb ki, münasibətlər 2010 və 2013-cü illərdə, Melinda ilə evli olduğu zaman baş verib. Rus qadınlardan biri o vaxt təxminən 20 yaşında olub.