Türkiyəyə gəlin köçən özbək qızlarının sayı artıb

Ötən il Türkiyədə yerli kişilərlə ailə quran əcnəbi gəlinlərin sırasında özbək qızları liderlər arasında yer alıb.

Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, onlar suriyalı qadınlardan sonra ikinci yeri tutur, əvəzində Mərakeş, Azərbaycan və Rusiyadan olan həmcinslərini qabaqlayırlar.

Türkiyə Statistika İdarəsinin məlumatına görə, 2025-ci ildə ölkədə 28.646 kişi əcnəbi qadın evlənib. Suriyalı qadınlar bütün evliliklərin 13,8%-ni təşkil edib. Özbək qadınlar 3.925 evliliklə (13,7%) ikinci yerdədirlər.

İlk üçlüyü Mərakeşdən olan gəlinlər (9,6%) tamamlayıb. Azərbaycan (6,8%) və Rusiya (5,7%) vətəndaşları da ilk beşliyə daxil olublar.

Türkiyədə ailə quran xarici bəylər arasında (cəmi 5347) suriyalılar (20,9%) və almanlar (18,8%) siyahıya başçılıq edirlər. Özbəkistan vətəndaşları ən populyar xarici bəylərin ilk onluğuna daxil ola bilməyiblər.

Özbəkistan mediası xəbər verir ki, bir neçə ildir əcnəbilərlə ailə quran özbək qızların sayı durmadan artmaqda davam edir.

Əvvəllər bildirilirdi ki, 2021-ci ilin ilk altı ayında ölkədə 300 belə nikah qeydə alınıb. 2022-ci ildə bu rəqəm 1900 olub, 2023-cü ildə 1800-ə enib. Xarici ölkələrə ərə gedən özbək qızların sayının 2025-ci ilə qədər isə 3400-ə çatacacağı barədə proqnoz isə artıqlamasilə doğrulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31