Avropada neft həyəcanı: İki ölkə strateji rezervlərdən istifadəyə başladı – ÖZƏL

Macarıstan və Slovakiya Ukraynanın "Drujba" boru kəməri vasitəsilə neft nəqlini dayandırmasından sonra strateji böhran ehtiyatlarından istifadə etməyə başlayıblar.

Olaylar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Anna-Kaisa İtkonen Brüsseldə keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, hər iki ölkə çərşənbə günü Avropa Komissiyasında keçirilən görüş zamanı neft tədarükündə yaranan fasilə ilə bağlı ehtiyat fondlarını açdıqlarını təsdiqləyiblər.

"Həm Macarıstan, həm də Slovakiya öz ehtiyat neftlərini dövriyyəyə buraxdıqlarını bildirdilər. Bu cür ehtiyatlar bütün üzv dövlətlər tərəfindən məhz bu kimi fövqəladə halların öhdəsindən gəlmək üçün saxlanılır" - deyə AK rəsmisi bildirib.

Qeyd edək ki, sözügedən ölkələrin mövcud neft ehtiyatlarının 90 günlük tələbatı ödəmək üçün kifayət edəcəyi proqnozlaşdırılır. Ukraynanın neft nəqlini dayandırması regionun enerji təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31