Gürcüstan hakimiyyəti Böyük Britaniyanın sanksiyalarına məruz qalan iki televiziya kanalının hüquqlarını qoruyacaq- ÖZƏL
13:00 DünyaGürcüstan hakimiyyəti Böyük Britaniyanın sanksiyalarına məruz qalan İmedi və Pos telekanallarının hüquqlarının qorunması üçün əlindən gələni edəcək. Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
"Gürcüstan hakimiyyəti televiziya şirkətlərinin hüquqlarını, o cümlədən söz azadlığını və media azadlığını tam şəkildə qoruyacaq. Hər bir jurnalistin hüquqları da tam şəkildə qorunacaq. Bəzilərinin ümid etdiyi kimi, Gürcüstanda heç bir jurnalistin işi məhdudlaşdırılmayacaq", - deyə Kobaxidze jurnalistlərə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31