Kralın qardaşına at sürmək qadağan olundu
12:45 DünyaKral III Çarlzın qardaşı, keçən həftə amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə polis tərəfindən saxlanılan və dindirilən Endryu Mauntbatten-Vindzor son hobbilərindən birindən - at sürməkdən məhrum edilib.
Musavat.com xəbər verir ki, məlumatı "The Sun" qəzeti yayıb.
Qəzetin məlumatına görə, ehtimal ki, kral ailəsi müşavirlərindən gələn tövsiyə, Mountbatten-Vindzorun yaşadığı Şərqi İngiltərədəki Sandrinqem malikanəsinin daim fotojurnalistlər tərəfindən mühasirəyə alındığı bir vəziyyətdə mənfi ictimai imicdən yayınmaq istəyindən irəli gəlib:
"Ötən həftə həbsindən bəri ona at sürmək qadağan edilib. Onlar bunun pis göründüyünü düşünürlər. Hesab edirlər ki, o, Vindzorda olduğu kimi at üzərində gülümsəyərək əylənərkən görüntülənməməlidir".
Qəzet xatırladır ki, Mountbatten-Vindsor əvvəllər könüllü olaraq silah lisenziyasından imtina etmişdi və bu da onun ov etməsinin qarşısını alıb. Məqalədə qeyd olunur ki, nəticədə 66 yaşlı keçmiş şahzadə praktik olaraq fevral ayında köçdüyü Sandrinqemdəki Wood Farm Cottage-də məhbus qalıb.