Brüssel İrəvana “hibrid təhdidlərə qarşı çevik reaksiya qrupu” göndərəcək- ÖZƏL

"Avropa İttifaqının Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın   parlament seçkisi öncəsi Kremlmərkəzli  dezinformasiyaların qarşısının alınmasında ölkəsinə yardım göstərilməsi  xahişini müsbət cavablandırdığı bildirilir. Çox güman ki, Brüssel martda İrəvana "hibrid təhdidlərə qarşı çevik reaksiya qrupu" göndərəcək. Bu qrupun təkcə parlament seçkisi deyil, konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum başa çatana qədər Ermənistanda qalacağı planlaşdırılır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Xatırladaq ki, ötən ilin sentyabrında Moldovada keçirilən parlament seçkiləri öncəsi də 20 nəfərdən ibarət bənzər bir qrup Kişinyova göndərilmişdi və hər iki tərəf qrupun öz işinin öhdəsindən uğurla gəldiyini dedi. Əslində, oradakı seçkilərin nəticəsi də bunu təsdiqləyir: Prezident Sandunun partiyası Rusiyaya bağlı müxalifətdən azı iki dəfə çox səs topladı. Lakin burada istər-istəməz sual yaranır: belə bir reallıqda seçki kimin iradəsini əks etdirir - həmin ölkədə yaşayan xalqın, yoxsa nəticələrin öz istəklərinə uyğun bitməsi üçün aralarında hibrid çəkişmə gedən güclərin?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31