Türkiyədə "F-16" qırıcı təyyarəsi qəzaya uğradı, pilot həlak oldu
25 Fevral 05:40 DünyaTürkiyə Hərbi Hava Qüvvələrinin "F-16" qırıcı təyyarəsi Balıkəsir vilayətində qəzaya uğrayıb.Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.Bildirilib ki, yerli vaxtla saat 00:56-də Türkiyənin 9-cu Baş Hava Bazasından havaya qalxan təyyarə ilə radio əlaqə kəsilib.Qeyd edilib ki, dərhal başlanan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilib və təyyarənin qalıqları tapılıb. Hadisə nəticəsində təyyarənin pilotu həlak olub."Qəzanın səbəbi araşdırma qrupu tərəfindən aparılan araşdırmalardan sonra müəyyən ediləcək", - deyə bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31