Ölkənin müharibə meydanına çevrilməsinə icazə verməyəcəyik - İordaniya Kralı
20:47 Dünyaİordaniya Kralı II Abdullah ibn Al Hüseyn jurnalistlərlə görüşündə yerli və regional prosesləri dəyərləndirib.
Olaylar bu barədə xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, İordaniya dost ölkələrlə mövcud güclü münasibətləri investisiya və iqtisadi imkanlara çevirməyə çalışır, həmçinin bu çərçivədə Şərqi Asiya ölkələrində yeni bazarlara çıxmağı hədəfləyir.
II Abdullah İranla bağlı proseslərə də toxunaraq vurğulayıb ki, bölgədə artan gərginliyin azaldılması üçün dialoq və siyasi həll yeganə çıxış yoludur.
"İordaniya hava məkanının pozulmasına və ya ölkənin müharibə meydanına çevrilməsinə icazə verməyəcək. İordaniya Krallığının və vətəndaşlarının təhlükəsizliyi hər şeydən üstündür", - deyə kral bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31