Danimarka humanitar yardım olaraq Ukraynaya 30 milyon dollar ayırıb

Danimarka hökuməti əlavə humanitar yardım qismində Ukraynaya 190 milyon kron (30 milyon ABŞ dolları) ayırıb.

Olaylar.az xarici KİV-ə isitinadən xəbər verir ki, bu haqda krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ölkənin xarici işlər naziri Lars Lyökke Rasmussenin sözlərinə görə, həmin vəsait Ukrayna hökumətinin ölkədə yaşanan kəskin humanitar vəziyyətin öhdəsindən gəlməsinə və uzunmüddətli perspektivdə dəstəyin təmin olunmasına imkan verəcək.

Həmin vəsaitin Danimarkanın xeyriyyə təşkillatları vasitəsilə BMT-nin Ukraynadakı Humanitar Fonduna, BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının yerli idarəsinə, UNİCEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinə köçürüləcəyi bildirilir.

Qeyd edək ki, 2022-ci ilin fevralından bəri Danimarka Ukraynaya ümumilikdə 205 milyon dollar humanitar və 11,19 milyard dollar hərbi yardım göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31