Zaxarova Moskvanın Kiyev üçün nüvə silahları ilə bağlı qəti mövqeyini xatırlatdı - ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyev üçün Moskvanın nüvə silahları ilə bağlı qəti mövqeyini bir daha təsdiqləyib.

Olaylar xəbər verir ki, Zaxarova Paris və Londonun Kiyevin nüvə silahı əldə etməsinə kömək etmək planlarını belə şərh edib.

Diplomat vurğulayıb ki , "Rusiyanın bu məsələdəki mövqeyi dəyişməz və son dərəcə qətidir" .

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bir müddət əvvəl Rusiyanın Ukraynanın nüvə silahı əldə etməsi ehtimalı barədə ABŞ-ı məlumatlandıracağını bildirmişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31