Uşakov: Rusiya Ukraynanın nüvə silahı əldə etməsi ehtimalı barədə ABŞ-ı məlumatlandıracaq - ÖZƏL
18:11 DünyaRusiya prezidentinin köməkçisi Yuri Uşakov "Rossiya 1" telekanalının efirində bildirib ki, Moskva Kiyevin nüvə silahı əldə etməsi ehtimalı barədə Vaşinqtonu məlumatlandıracaq.
Olaylar.az onun sözlərini sitat gətirir : "Əlbəttə ki, amerikalılar bütün bunlardan xəbərdar olacaqlar. Amma onlar artıq bilirlər; hazırda bütün kanallarda şərhlər verilir... Biz bunu xüsusilə amerikalılarla müzakirə edəcəyik" .
Daha əvvəl SVR məlumat əldə etmişdi ki, Britaniya və Fransa Ukraynanı nüvə silahı ilə silahlandırmağa hazırlaşır. Bu, Kiyev rejiminin guya bu silahları özü hazırladığı bəhanəsi ilə planlaşdırılır.
Kəşfiyyat xidməti əlavə edib ki, Almaniya indiyə qədər Kiyevə nüvə silahı vermək planında iştirak etməkdən imtina edib.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31