Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırdı

Slovakiyanın Baş naziri Robert Fitso ölkənin elektrik şəbəkəsi operatoruna Ukraynaya elektrik enerjisinin ixracının dayandırılması ilə bağlı müraciət edib.

Olaylar.az xəbər verir ki, bu barədə o, feysbuk sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb.

Baş nazir qeyd edib ki, bu addım Kiyevin "Drujba" neft kəməri vasitəsilə neft nəqlini hələ də bərpa etməməsi ilə bağlıdır.

Fitsonun bildirdiyinə görə, bu gündən etibarən Ukrayna Slovakiyadan enerji sisteminin sabitləşdirilməsi üçün yardım istəsə, həmin dəstəyi ala bilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31