İran ABŞ-la razılaşmaya hazırlaşır? – XİN rəsmisi açıqladı

"Vaşinqtonla hər hansı müvəqqəti razılaşmanın imzalanacağı barədə deyilənlər həqiqəti əks etdirmir".

Olaylar.az  xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib. 

XİN rəsmisi bildirib ki, hazırda tərəflər yalnız ilkin yanaşmalar və ideyalar üzərində işləyirlər:

"Tehran hazırda öz mövqeyini formalaşdırmaq mərhələsindədir. Nəticə əldə etmək perspektivi mövcud olduğu müddətdə İran diplomatik imkanlardan istifadəni davam etdirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31