İspaniya Venesuela prezidentinin elçisinə qarşı sanksiyaların ləğvinə başlamağı xahiş edir- ÖZƏL

İspaniya hakimiyyəti Avropa Birliyini Venesuela prezidentinin elçisi Delsi Rodrigezə qarşı fərdi sanksiyaların ləğvi prosesinə başlamağa çağırır. Olaylar.az xəbər verir ki, bu barədə İspaniya xarici işlər naziri Xose Manuel Albares Aİ xarici işlər nazirlərinin görüşündə çıxış edərkən bildirib.
Brüsseldəki bir diplomat bildirib ki, "İspaniyanın xahişi ilə Venesuela mövzusu bu gün qaldırılacaq. Albarez qeyd edib ki, "Bu gün Delsi Rodrigezə qarşı fərdi sanksiyaların ləğvi prosesinin başlanmasını xahiş etmək niyyətindəyəm". O, Madridin mövqeyini hazırkı Venesuela hakimiyyətinin "bu yeni mərhələdə düzgün istiqamətdə addımlar atdığını" bildirməklə izah edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31