Kallas Rusiyanın ordusunun ixtisarı çağırışı etdi, amma konkret rəqəm açıqlaya bilmədi- ÖZƏL
13:33 DünyaAvropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Aİ ölkələrinin xarici işlər nazirlərini Rusiyanın ordusunun azaldılmasını tələb etməyə çağırıb. Lakin o, Rusiya Silahlı Qüvvələrinin hansı səviyyəyə qədər ixtisar olunmalı olduğunu konkretləşdirə bilməyib.
Olaylar.az xəbər verir ki, Kallas bu bəyanatı Aİ-nin nazirlər səviyyəsində keçirilən iclasına gələrkən verib. Onun sözlərinə görə, əgər Ukrayna ordusuna məhdudiyyətlər tətbiq olunacaqsa, eyni məhdudiyyətlər Rusiyaya da şamil edilməlidir.
Ukraynalı jurnalistlərin "Rus ordusunun optimal sayı nə qədər olmalıdır?" sualına cavab verə bilməyən Kallas bu məsələnin "ona aid olmadığını" bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31