Tramp: “ABŞ çox tez-tez qalib gəlir, bu, ədalətsizlikdir” ÖZƏL

ABŞ prezidenti Donald Tramp ölkəsinin həddindən artıq tez-tez qalib gəldiyini və bunun "ədalətsiz" olduğunu bildirib. Olaylar.az xəbər verir ki, o, bu fikirləri özünün sosial media platforması olan Truth Social hesabında paylaşıb.
"Biz çox tez-tez qalib gəlirik, bu, sadəcə ədalətsizlikdir!" - deyə Tramp yazıb.
Lakin ABŞ lideri konkret olaraq hansı sahələrdə və hansı uğurları nəzərdə tutduğunu açıqlamayıb. Onun bu paylaşımı sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31